DoctorTap — artıq 6-cı il fəaliyyət göstərən həkim və klinikaların onlayn axtarış sistemidir. Biz, bir məkanda Azərbaycanın bütün həkim və klinikaları haqqında məlumatı toplamaq üçün çalışırıq.
Biz Azərbaycan vətəndaşları və ölkəmizin qonaqlarına xidmət edən Doctortap.az portalını - həkim və klinikaların axtarış sistemini yaratdıq. Portalımızda təqdim olunan həkimlər öz sahələri üzrə fəaliyyət göstərən peşəkarlardır. Saytımız vasitəsi ilə istənilən həkimlə əlaqə yaradıb həkim məsləhəti ala, qəbula yazıla və Sizi maraqlandıran sualları verə bilərsiniz.
Doctortap.az komandası.
Həkimlər haqqında rəylər
Yalnız qəbulda olan pasientlərin rəyləri
Həkim : Aytən Ağayeva
Həkimin qəbulunda oldum. yazdığı müalicəyə başlamışam yanvar ayına qədər davam edəcəm. hələki hər şey qaydasındadır həkimdən razıyam
Tağıyeva Gülnar
Həkim : Alla Rüstəmova
Qəbulda olduq , həkimlə bağlı narazıçılığımız olmadı . Müalicənin effekti sonradan bilinəcək
Xəzər Əkbərli
Həkim :
Çox səmimi həkimdi. Çox razı qaldıq həkimdən və xidmət səviyyəsindən . Minnətdarıq həkimə və Sizə.
Mehrəliyeva Nurlanə
Həkim : T.e.n. Əli Quliyev
Həkim uşağa müalicə yazdı. Tətbiq etdik və həqiqətən də nəticəsini gördük. Uşaq sağaldı
Adilzadə Tunar
Həkim : Arzu Hüseynova
Qəbulda oldum . həkim heç bir problemim olmadığını dedi , amma sonra mədəmdən qan gəldi. Həkimə yazdım , amma heç mənə fikir də vermədi. Narazı qaldım həkimdən. Heç qane etmədi məni
Hümbətova Sevinc
Həkim : Xəlil Hüseynov
Çox razı qaldıq. Atamı aparmışdım. çox yaxşı müayinə elədi, çox yaxşı diaqnoz qoydu. gələcək də özüm də qəbuluna düşmək istəyirəm
Həsənov Qismət