DoctorTap — artıq 6-cı il fəaliyyət göstərən həkim və klinikaların onlayn axtarış sistemidir. Biz, bir məkanda Azərbaycanın bütün həkim və klinikaları haqqında məlumatı toplamaq üçün çalışırıq.
Biz Azərbaycan vətəndaşları və ölkəmizin qonaqlarına xidmət edən Doctortap.az portalını - həkim və klinikaların axtarış sistemini yaratdıq. Portalımızda təqdim olunan həkimlər öz sahələri üzrə fəaliyyət göstərən peşəkarlardır. Saytımız vasitəsi ilə istənilən həkimlə əlaqə yaradıb həkim məsləhəti ala, qəbula yazıla və Sizi maraqlandıran sualları verə bilərsiniz.
Doctortap.az komandası.
Həkimlər haqqında rəylər
Yalnız qəbulda olan pasientlərin rəyləri
Həkim : Doç. Bəslən Nuri
Həkimin qəbulinda oldum . infeksiya ilə bağlı yaxınlaşmışdım. 2 həftəlik müalicədən sonra hər şey qaydasındadır
Ağayeva Jalə Firdovsi qızı
Həkim : Elşən Məhərrəmov
Uşağın bud çanağında problemi var idi. həkim bizə çox kömək oldu. biz ondan çox razıyıq
Əhmədov Zöhrab
Həkim : Aytən Səfərova
Həkimdən razıyam. Həmişə onun qəbuluna gəlirəm. Sadəcə randevu saatları dəqiq deyil - ginekoloji problemlər və baxış biraz vaxt aparır, bunu nəzərə almaq lazımdır. Və mən uzidən sonra 1 saata yaxın həkimin qəbuluna girmək üçün gözlədim və tələsə-tələsə söhbət elədim, çünki başqa xəstələrdə variydi. 80 manat ödəməmə rağmən Həkimimə güvənirəm. Aytən xanımdan narazılığım yoxdur kəsinliklə.
Günel
Həkim : Ramin Bağırov
Həkimin yazdığı müalicə çox gözəl effekt verdi 1 ay tamaminda yenidən yaxınlaşmalıyam qəbuluna . Çox sağolsun yaxşı həkimdir
Günay ismayılova
Həkim : Ramin Salahov
Razı qalmadım! Müayinə etdi, amma diqqətlə qulaq asmadı. Qulaq asmalı idi. Əlacı fikirləşmədi.
Pasiyent M.
Həkim : Cəlil Bağırov
Müayinədə oldum uroloji problemlə bağlı. Qanın umumi, hep b , c, sifilis X, TB, yaxmanın mikroskopiyası, AF sistem, xlamidiya, yaxma spermoqramma. Analizlərini verdim. Xidmət səviyyəsi normaldır.
Quluyev Qulu