DoctorTap — artıq 6-cı il fəaliyyət göstərən həkim və klinikaların onlayn axtarış sistemidir. Biz, bir məkanda Azərbaycanın bütün həkim və klinikaları haqqında məlumatı toplamaq üçün çalışırıq.
Biz Azərbaycan vətəndaşları və ölkəmizin qonaqlarına xidmət edən Doctortap.az portalını - həkim və klinikaların axtarış sistemini yaratdıq. Portalımızda təqdim olunan həkimlər öz sahələri üzrə fəaliyyət göstərən peşəkarlardır. Saytımız vasitəsi ilə istənilən həkimlə əlaqə yaradıb həkim məsləhəti ala, qəbula yazıla və Sizi maraqlandıran sualları verə bilərsiniz.
Doctortap.az komandası.
Həkimlər haqqında rəylər
Yalnız qəbulda olan pasientlərin rəyləri
Həkim : Kamran Musayev
Həkim qardaşımı əməliyyat edib . Allah ondan razı olsun . Qardaşım öz sağlamlığına qovuşub
Əliyev Yalçın
Həkim :
Fizuli dr qəbuluna düşdük, Müayinə olunduq. Müalicə gedir nisbətən irəlilləyiş var.. Aprel ayında qəbula bir daha düşməliyik. Sizin köməkliyiniz ilə. Təşəkkür edirəm.
Əkbərova Naima
Həkim : Sevinc Ələskərova
Savadlı həkimdir. Xidmət səviyyəsini bəyəndik. Müalicə yazdı. Sabah bir daha qəbulunda olacayıq. Çox sağolun.
Verdiyeva Adilə
Həkim : Elviz Qasımov
Diz ağrısı ilə bağlı yaxınlaşmışdım həkimə. Hal hazırda müalicəmi davam etdirirəm. Ağrılar azalıb . Həkimdən çox razı qaldım
Vəfa Rüstəm
Həkim : Uzm. Telman Aytayev
Ege hospitalda pandemiya ilə əlaqədar olan sıxlıq bizi narahat etdi , amma həkim özü yüksək səviyyədə qəbul etdi bizi. həkimdən razıyıq .
Dadaşzadə Selin
Həkim : Fərqanə Məmmədli
Biz həkimin qəbulunda 3-4 dəfə olmuşuq heç bir narazılığımız olmayıb indiyə qədər həmişə razı qalmışıq
Əliyev Kənan