DoctorTap — artıq 6-cı il fəaliyyət göstərən həkim və klinikaların onlayn axtarış sistemidir. Biz, bir məkanda Azərbaycanın bütün həkim və klinikaları haqqında məlumatı toplamaq üçün çalışırıq.
Biz Azərbaycan vətəndaşları və ölkəmizin qonaqlarına xidmət edən Doctortap.az portalını - həkim və klinikaların axtarış sistemini yaratdıq. Portalımızda təqdim olunan həkimlər öz sahələri üzrə fəaliyyət göstərən peşəkarlardır. Saytımız vasitəsi ilə istənilən həkimlə əlaqə yaradıb həkim məsləhəti ala, qəbula yazıla və Sizi maraqlandıran sualları verə bilərsiniz.
Doctortap.az komandası.
Həkimlər haqqında rəylər
Yalnız qəbulda olan pasientlərin rəyləri
Həkim : Xəyalə Quliyeva
Ne yaxşıki savadlı həkimlərimiz var. Pasiyent məmnuniyyəti görmək ruhlandırır insanı. Həkim İnsana Allahdan sonra 2 həyatı verəndir.
əlizadə teyyub
Həkim : Elşən Məhərrəmov
uşaqda dizən aşağı topuqdan yuxarı sümük boşluğu var idi. Onla bağlı yaxınlaşıq bir daha olmalıyıq qəbulundan . Razı qalmışıq həkimdən
Sürəyya Cahidova
Həkim : Araz Kazımov
Göbələk xəstəliyindən əziyyət çəkirdim . Həkimin qəbulunda oldum müalicə yazdı razı qaldım
Məmmədzadə Kamal
Həkim : Uzm. Araz Aliyev
Həkimdən razı qaldım. saddəcə olaraq çox tezbazar yola salır xəstələri. Qəbula girməyimlə çıxmağım bir oldu. belə ümumi hər şey qaydasındadır
Zeynəb Rəsulova
Həkim : Rafiq Rzayev
Qəbulda olduq. Kiçik müalicə yazdı həkim. Müayinədən razı qaldıq. Hər şeyə görə təşəkkürlər.
Əhmədova Fidan
Həkim : Araz Kazımov
Araz hekim yuksek seviyyede hekimdi. Telefona cavab veren qiza demishem butun dermatoloqlari silin bir Araz hekim qalsin. O hamiya deyer. 4-5 gun evvel yazdigi mualice artiq tesirini gosterib.
Əsədli Sunay Əsəd qızı