Məlumat yoxdur
Bizimlə əlaqə
Bizimlə əlaqə
(055) 500 96 00
Hesabım
Hesabım

Peşəkar həkiminizi tapın
və qəbuluna yazılın

Məlumat yoxdur

Nə axtarırsınız?

Hər şey çox sadə,
şəffaf və asandır!

DoctorTap — artıq 6-cı il fəaliyyət göstərən həkim və klinikaların onlayn axtarış sistemidir. Biz, bir məkanda Azərbaycanın bütün həkim və klinikaları haqqında məlumatı toplamaq üçün çalışırıq.

Həkimlər haqqında rəylər

Yalnız qəbulda olan pasientlərin rəyləri

Çox çox razıyam . 10 il əvvəl məni əməliyyat etmişdi. bu yaxınlarda da qəbulunda oldum. Allah ondan razı olsun

Hüseyn Tağıyev

Hələlik razı qalmışam. Çox sağ olun siz də, Xəlil doktor da, amma ancaq baxıb mənə, iynə təyin edib, bugün də iynənin birincisini vurublar, mənim gözümdə tromb əmələ gəlib, damar partlayıb. Sağ gözüm görmür, bugün iynə vurublar. İnşallah düzələr, düzəlsə razı qalaram. Ondan da aslı bir şey yoxdur, amma necə olsa ümidimiz onadır. Onda dəqiq deyə bilərəm. Belə sağ olsun, siz də sağ olun. Onu da bildirim ki, mən orada oturan zaman, hamı bir-biri ilə danışır da, - mən birinci dəfə getmişdim, nəvəmi də onun yanına aparmışam, - mən orada soruşurdum və belə bir qərara gəldim ki, Azərbaycanda ikinci belə bir həkim yoxdur. Hələlik yoxdur. Allah onu bizə çox görməsin. Hamıya təşəkkür edirəm. Prosto-naprosto bahadır. Allah o pulu yetirsə, heç baha da deyil. Mən pensionerəm. İmkan dairəsində deyil. Amma yenədə tapıb getdim. Amma çox lazım olacaq mənə. Ondan əlavə təzyiqimə çox böyük xərclər gedir, ona görə. Belə heç baha da deyil, əksinə, ucuzdur. O ki o cür qəbul edirlər, neçə insanlar bir insannan çalışır, neçə kabinetlər dəyişir, neçə otaqlara səni ötürürlər, çox, çox insanlar orada əziyyət çəkir. Baha deyil, amma Azərbaycanda o pul yoxdur. Bizim kimi ailələr üçün ağır gəlir. Allah ona can sağlığı versin. Təşəkkür edirəm. Mən minnətdaram.

Babayeva Nusabə

Evə çağırış etdik. Çox sağolun həkim yardım etdiniz. Həkimlə mütəmadi əlaqə saxlayırıq. Cox sağolun gözəl xidmətə görə.

Süleymanova Nüriyyə

Həqiqətən çox savadlı həkimdi .Mənim oğlumun 9yaşı var . Bu yaşa qədər gəzmədiyim həkim qalmadı. Heç bir həkimin müalicəsi xoşuma gəlmədi tövbə elədim ki bu uşağı həkimə aparmayacam .Mənə Rəhim həkimdən danışdılar .Tövbəmi pozdum övladıma görə .Mənim uşağımın dərdini Rəhim həkim tapdı .indiyə kimi heç bir həkim onu dərdini bilmədi .Allah Rəhim həkimə uzun ömür versin .mənim balamın və hamının balasının düzgün diaqnozunu müalicəsini Rəhim həkim aparsın.Allah ona can sağlığı versin

Elnarə xıdırova

Uşağın çanağındakı problemlə bağlı yaxınlaşmışdıq. həkimdən razı qaldıq. təşəkkürlər

Bünyadzadə Tamilla

Hekimin sahesi deyildi deye bize baxa bilmedi.bu duzu bizim sehfimiz idi.Yeni duzgun melumat verib yazilmamisdiq.Yenede hekim sag olsun bizi basqa hekime yonlediri.Hemin hekimde atami emeliyyat etdi.Sag olun maraqlandiginiz ucun.

Verdiyev İlham

Biz Azərbaycan vətəndaşları və ölkəmizin qonaqlarına xidmət edən Doctortap.az portalını - həkim və klinikaların axtarış sistemini yaratdıq. Portalımızda təqdim olunan həkimlər öz sahələri üzrə fəaliyyət göstərən peşəkarlardır. Saytımız vasitəsi ilə istənilən həkimlə əlaqə yaradıb həkim məsləhəti ala, qəbula yazıla və Sizi maraqlandıran sualları verə bilərsiniz.

Doctortap.az komandası.