DOCTORTAP.AZ | Həkimini Bizimlə Tap -Həkim və Klinikaların reytinqi
Məlumat tapılmadı
Sizə zəng edək
Öz adınızı və telefon nömrəsini qeyd edin, biz sizinlə əlaqə saxlayacağıq.
Həkim qeydiyyat sorğusu
Öz adınızı və telefon nömrəsini qeyd edin, biz sizinlə əlaqə saxlayacağıq.
DOCTORTAP.AZ - whatsapp nömrəsi(+994 55) 500 96 00
  • DOCTORTAP.AZ - instagram
  • DOCTORTAP.AZ - facebook

Həkim və Klinikaların reytinqi

 
Həkim və klinikaların reytinqinin istifadəçilərimiz üçün böyük önəm daşıdığını və bunun onların seçiminə necə təsir etdiyini biz çox yaxşı bilirik.
Biz tam şəffaf və dürüst reytinq sistemi formalaşdıraraq, Sizə ən yüksək keyfiyyətdə xidmət göstərmək üçün çalışırıq.
Reytinqimiz bilavasitə Sizin saytımız vasitəsilə bildirdiyiniz rəylər əsasında formalaşır.
 

Saytdakı reytinq nədən asılıdır?

Həkim və Klinikalar barədə məlumatların Sizə faydalı və aydın şəkildə təqdim olunması üçün unikal reytinq sistemi hazırlanmışdır.
Həkimin reytinqi onun peşəkar xüsusiyyətləri və qəbulunda olan pasientlərin rəyləri əsasında hesablanır.
Peşəkar xüsusiyyətləri həkimin saytdakı ilkin reytinqini formalaşdırır.
Bu zaman aşağıdakıları nəzərə alırıq:
  • həkimin iş stajı;
  • həkimin kvalifikasiya dərəcəsi (ikinci, birinci, ali);
  • elmi dərəcə (namizəd və ya tibb elmləri doktoru).
Klinikanın reytinqi yalnız Sizin rəyləriniz əsasında formalaşır. Klinikanın personalı, interyeri və rahatlığı barədə istifadəçi rəyləri həm digər pasientlər üçün, həm də klinikalar üçün mühüm əhəmiyyət daşıyır, çünki onlar da məhz bizim kimi öz xidmət səviyyəsini bu şəkildə yüksəldirlər. 
Facebook Twitter